"Neftçi" türkiyəli futbolçu ilə müqavilə bağladı

 19:14 19.09.2020     266

"Neftçi” növbəti transferini reallaşdırıb.

Redaktor.az xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə 2 il müddətinə müqavilə bağlanıb.

20 yaşlı futbolçu icarə əsasında "ağ-qaralar"ın heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, müqavilə ilə Türkiyənin "İstanbul Başakşehir” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür. //Report.az