“Barselona” futbolçusunu İngiltərə klubuna satır

 13:10 21.09.2020     215

İspaniyanın “Barselona” klubu daha bir futbolçusu ilə yollarını ayırır.

Redaktor.az-ın məlumatına görə, müdafiəçi Nelson Semedo karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır.

Portuqaliya millisinin üzvü Premyer Liqa təmsilçisi “Vulverhempton”a keçməyə çox yaxındır. Klublar arasında aparılan danışıqlar artıq yekunlaşıb. Gün ərzində keçidin rəsmən açıqlanması gözlənilir. “Barselona” bu transferdən təxminən 30-35 milyon avroluq gəlir əldə edəcək.

Qeyd edək ki, “Barselona” yarımümdafiəçisi Arturo Vidalı 1 milyon avro qarşılığında İtaliya klubu “İnter”ə satıb. //APA