Rakitiç milli karyerasını başa vurdu

 04:15 22.09.2020     250

İspaniyanın “Sevilya” klununun yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki gələcəyi ilə bağlı qərarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurub.

Qeyd edək ki, Rakitiç 2007-ci ildən Xorvatiya seçməsində çıxış edirdi. Bu forma ilə 106 oyun keçirən futbolçu 15 qol vurub. O, 2018-ci il dünya çempionatında gümüş medal qazanıb. //Qafqazinfo