Premyer Liqada V turun oyun cədvəli açıqlandı

 17:59 22.09.2020     240

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun oyun cədvəli məlum olub.

Redaktor.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

2 oktyabr (cümə)

18:00. “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”

3 oktyabr (şənbə)

17:00. “Qəbələ” –“Sumqayıt”
Qəbələ şəhər stadionu

19:15. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

4 oktyabr (bazar)

19:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”