Qiyməti 400 milyon avrodur - "Barselona" açıqladı

 22:45 23.09.2020     194

"Barselona" Ansu Fatinin əsas komandanın futbolçusu olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Gənc hücumçunun təzminat qiymətinin 170 milyon avrodan 400 milyon avroya qaldırıldığı bildirilib. Onun forma nömrəsi də dəyişib. 17 yaşlı oyunçu dünən "İnter"ə keçən Arturo Vidala məxsus 22 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Fatinin "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, əsas komandada ötən ilin avqustunda debüt edib. //Qafqazinfo