"Milan"ın futbolçusu koronavirusa yoluxdu

 04:22 24.09.2020     218

İtaliyanın "Milan" klubunun futbolçusu Leonardo Duarte koronavirusa yoluxub. 

Redaktor.az-ın məlumatına görə, braziliyalı müdafiəçi karantinə alınıb. Komandanın digər üzvlərinin testlərinin nəticəsi isə mənfi olub. 

Qeyd edək ki, Leonardo Duarte "Milan"a 2019-cu ilin yayında Braziliya "Flamenqo"sundan 10 milyon avroya keçib. 24 yaşlı oyunçu ötən mövsüm 6 oyuna çıxıb. Onun "qırmızı-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadəkdir. 

İtaliya A Seriyasının ilk turunda "Milan" öz meydanında "Bolonya"ya qalib gəlib - 2:0. Növbəti görüş sentyabrın 27-də səfərdə "Krotone"yə qarşı olacaq. //Report