"Beşiktaş" sabiq futbolçusunu qaytardı

 09:45 24.09.2020     223

Türkiyənin "Beşiktaş" klubu sabiq futbolçusu Vensan Abubakarı yenidən heyətinə qatır

Redaktor.az xəbər verir ki, 28 yaşlı hücumçu "qartallar"la müqavilə bağlamaq üçün artıq Türkiyədədir. 

Qanalı forvard tibbi müayinədən keçdikdən sonra 1+1 illik sözləşməyə qol çəkəcək. 

Qeyd edək ki, Vensan Abubakar müqavilə üzrə məxsus olduğu Portuqaliya "Portu"su ilə sözləşməsini ləğv edəcək. O, "Beşiktaş"da 2016/2017 mövsümündə də oynayıb. //Report.az