Azərbaycanlı idmançının medalı əlindən alınır

 12:16 24.09.2020     279

Taekvondoçu Ramin Əzizovun dopinq cəzası aldıqdan sonra iştirak etdiyi bütün yarışlarda nəticələri ləğv olunacaq. 

Redaktor.az-ın məlumatına görə, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.

O, Əzizovun cəza aldıqdan sonra İsveçdəki turnirdə qazandığı bütünc medalın da əlindən alınacağını söyləyib. Hüseynli bu məqsədlə Beynəlxalq Taekvondo Federasiyasına müraciət edəcəklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondo 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb. 

AMADA Ramin Əzizovu avqustun 13-də dopinqdən istifadəyə görə 24 aylıq diskvalifikasiya edib. Onun cəzası fevralın 25-dən qüvvəyə minib. //Report.az