“Fənərbaxça” ordumuza dəstək verdi
Türkiyənin “Fənərbaxça” klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı yayımlayıb.
Redaktor.az-ın məlumatına görə, İstanbul təmsilçisi rəsmi tvitter səhifəsi vasitəsilə bununla bağlı paylaşım edib.
Yayımlanan mesajda "Bizi bir-birimizə bağlayan qürurumuz, ay-ulduzumuzdur! İki dövlət, bir millət! Yanındayıq, sizə dəstəyik, Azərbaycan!” - yazılıb.
Qeyd edək ki, daha əvvəl “Qalatasaray” və "Trabzonspor" da Azərbaycana dəstək olub. //APA












