"Liverpul"un yeni transferi koronavirusa yoluxdu

 04:18 30.09.2020     546

İngiltərə "Liverpul"unun futbolçusu Tyaqo Alkantara koronavirusa yoluxub. 

Redaktor.az-ın məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tibbi tövsiyələrə uyğun olaraq karantinə göndərilib. 

"Qırmızılar" gələcəkdə də COVID-19 ilə əlaqədar bütün protokollara əməl etməyi planlaşdırır. Alkantaranın özünütəcrid rejimində lazım olduğu qədər qalacağı vurğulanıb. 

Qeyd edək ki, Tyaqo Alkantara "Liverpul"a sentyabrın 18-də Almaniya "Bavariya"sından 20 milyon avroya keçib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən