Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş İDMAN TURNİRİ / FOTO

 21:25 30.09.2020     436

Ağsuda şəhid Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş uşu idman növü üzrə respublika turniri keçirilib.

Redaktor.az-ın məlumatına görə, 2016-cı ilin aprel döyüşlərində igidlik göstərərək şəhid olan Ağsu rayon Bico kəndində doğulub böyümüş Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş uşu idman növü üzrə Respublika Turniri baş tutub. Ağsu Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı, “Az-Granata” MMC-nin sponsorluğu ilə keçirilən turnirdə 20-dən çox idman klubunu təmsil edən 200-dən çox idmançı iştirak edib.

Ölkənin bir çox şəhər və rayonlarından gələn yeniyetmə və gənc idmançıların qatıldığı yarışların qaliblərinə Ağsu rayonunda fəaliyyət göstərən “Az-Granata” MMC şirə və şərab emalı zavodunun xüsusi hədiyyələri də təqdim edilib.

“Az-Granata” MMC-nin ictimai işlər üzrə meneceri Ülvi Günəşli bildirib ki, şirkət gənclərlə bağlı layihələrin təşkilinə hər zaman dəstək verir.

Şəfəq Samed / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən