“Lion” “Milan”ın futbolçusunu transfer edib

 23:28 30.09.2020     225

İtaliyanın “Milan” klubunun futbolçusu Lukas Paketanın Fransa təmsilçisi “Lion”a transferi rəsmiləşib.
 
Redaktor.az-ın məlumatına görə, Liqa1 klubu yarımmüdafiəçini rəsmən təqdim edib.
 
Braziliyalı oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. 23 yaşlı futbolçunun keçidi “rossonyerlər”ə 20 milyon avro qazandırıb.
 
Qeyd edək ki, Lukas Paketa “Milan”a 2019-cu ilin yanvarında Braziliya təmsilçisi “Flamenqo”dan keçib. //Apasport.az

Vumart və Güvən reklamı Vumart Güvən