Vendel "Zenit"ə transfer ediləcək

 10:11 03.10.2020     218

Portuqaliyanın "Sportinq" futbol klubunun yarımmüdafiəçisi Vendel "Zenit"ə transfer ediləcək.

Redaktor.az xəbər verir ki, komandalar 23 yaşlı yarımmüdafiəçisinin transferi barədə razılıq əldə ediblər. Peterburq klubu "Sportinq"ə 20 milyon avro ödəyəcək.

Bildirilir ki, Vendel 5 illik müqavilə imzalayacaq. Braziliyalı 5 oktyabr tarixində tibbi müayinədən keçdikdən sonra transfer rəsmi olaraq elan ediləcək.

Vendel Braziliyanın "Fluminense" klubunun yetirməsidir. Yarımmüdafiəçi 2018-ci ilin qışında "Sportinq"ə keçib. Portuqaliya komandasında futbolçu 79 matç keçirib, 6 qol vurub və 8 faydalı ötürmə edib. //Trend

Vumart və Güvən reklamı Vumart Güvən