Millimizin futbolçusu koronavirusa görə karantinə alındı

 15:08 06.10.2020     235

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sının bir neçə futbolçusunda koronavirus aşkarlanıb. 

Redaktor.az-ın məlumatına görə, klub test nəticələri müsbət çıxan oyunçuların adlarını açıqlamayıb. "Aleksandriya" əsas komandanın təcrid edildiyini bəyan edib. 

Klubun məşqçiləri və işçiləri təcili testdən keçəcəklər. 

Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən