Aziz Yıldırıma 1 il yarışları canlı izləmək qadağan olunub

 18:33 06.10.2020     252

Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırım cəzalanıb.

Redaktor.az-ın məlumatına görə, buna qadın basketbolçulardan ibarət “Yakındoğu Universiteti” komandasının oyunu zamanı baş verənlər səbəb olub.

Yıldırım oyun zamanı “Yakındoğu Universiteti”nin prezidenti İşık Eyigüngörə hücum çəkib. Buna görə istintaqa cəlb olunan sabiq klub prezidenti 6 min Türkiyə lirəsi cərimə olunub. O, həm də 1 il müddətinə idman yarışlarını canlı izləmək qadağası ilə üzləşib. Eyni hadisədə günahlandırılan Eyigüngör isə bəraət alıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən