Mario Götzenin yeni klubu müəyyənləşdi

 11:59 07.10.2020     215

"Borrusiya"dan (Dortmund) ayrılan Mario Götze karyerasını PSV-də (Niderland) davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bu haqda Niderland klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin komandaya azad agent kimi keçdiyi və onunla 2 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Götze geridə qalan mövsüm Budesliqada 15 matça çıxaraq, 3 qol vurub. 2010-2017-ci illərdə isə Almaniya millisində forma geyinmiş futbolçu yığmanın heyətində 63 oyun keçirib və 17 qol vurub. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən