Şotlandiya millisinin futbolçusu koronavirusa yoluxub

 13:12 08.10.2020     239

Şotlandiya millisinin futbolçusu Styuart Armstronq koronavirus pandemiyasına yoluxub.

Redaktor.az-ın məlumatına görə, “Sauthempton”un yarımmüdafiəçisi dərhal karantinə alınıb.

Onunla təmasda olan yığmanın digər iki oyunçusu Kiran Tirni (“Arsenal”) və Rayan Kristi (“Seltik”) də prosedura uyğun olaraq özünü təcrid edib. Armstronq 10, digər iki oyunçu isə 14 gün karantində qalacaq. Hər üç futbolçu AVRO-2020-nin pley-off mərhələsində bu gün İsraillə, həmçinin Millətlər Liqasında Slovakiya (11 oktyabr) və Çexiya (14 oktyabr) ilə matçları buraxacaq.

Eyni zamanda, testi pozitiv çıxan yığmanın fizioterapevti və masajçısı da karantinə alınıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən