"Liverpul" dünya çempionunu transfer etdi

 18:44 08.10.2020     316

İngiltərənin "Liverpul" klubu yeni transferini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Braziliya "Fluminense"sinin qapıçısı Marselo Pitaluqa ilə müqavilə bağlanılıb. 

18 yaşlı qolkiperlə imzalanan sözləşmənin detalları açıqlanmayıb. "Liverpul" oyunçu üçün qarşı tərəfə 750 min avro ödəyib.

Qeyd edək ki, Marselo Pitaluqa 2019-cu ildə Braziliyanın U-17 komandası ilə dünya çempionu olub. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən