Monteneqro - Azərbaycan matçı başladı
UEFA Millətlər Liqasının III turunun Monteneqro - Azərbaycan matçı start götürüb.
Redaktor.az-ın məlumatına görə, Podqoritsa şəhərindəki "Qradski" stadionunda qarşılaşma 17:00-da başlayıb.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu milli komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.
İlk 2 oyununda Monteneqro Kipr (2:0) və Lüksemburq (1:0) üzərində səfər qələbələrinə imza atıb. //report












