İlham Zəkiyevdən Azərbaycan ordusuna DƏSTƏK
Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan ordusuna dəstək məqsədilə paylaşım edib.
Redaktor.az-ın məlumatına görə, “Instagram”da yayımlanmış postda deyilir:
“Döyüşə hazırıq.Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, İlham Zəkiyev Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, döyüşlərdə başından aldığı güllə yarası səbəbindən görmə qabiliyyətini itirib.












