“Milan”ın məşqçisi koronavirusa yoluxub

 17:14 13.10.2020     288

İtaliyanın “Milan” klubunda daha bir koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Redaktor.az-ın məlumatına görə, bu dəfə məşqçi Daniele Boneranın testi pozitiv çıxıb.

“Rossonyerlər” rəsmi saytı vasitəsilə baş məşqçi Stefano Piolinin köməkçisinin virusa yoluxduğunu bəyan edib. Sabiq müdafiəçi hazırda evindədir və səhhəti yaxşıdır. Sonuncu dəfə “Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, “Milan” A seriyasının növbəti turunda oktyabrın 17-də “İnter”lə qarşılaşacaq. //APA

Vumart və Güvən reklamı Vumart Güvən