Mllimiz ilə Kipr yığmasının oyunu HEÇ-HEÇƏ bitib
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Yığmamız Millətlər Liqasında IV turun matçına çıxıb.
Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşıb.
Oyunda hesab açılmayıb.
Oyunun ilk 45 dəqiqəsində komandalar fərqlənə bilməyiblər.
Oyunun 26-cı dəqiqəsində Qara Qarayev penaltidən yararlana bilməyib. //Oxu.az












