"Qarabağ"ın rəqibində daha bir futbolçu zədələndi

 11:37 14.10.2020     213

"Qarabağ" klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ı növbəti itki ilə üzləşib.

Redaktor.az xəbər verir ki, komandanın ekvadorlu futbolçusu Pervis Estupinyan milli komandanın oyununda zədələnib. 22 yaşlı müdafiəçi Uruqvayı evdə 4:2 hesabı ilə məğlub etdikləri matçda sıradan çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, daha əvvəl "Villarreal"ın aparıcı hücumçusu Jerar Moreno zədələnib. "Qarabağ" I qrupundakı ikinci matçını oktyabrın 29-da evdə "Vilyarreal"a qarşı keçirəcək. Ağdam təmsilçisi ilk turda İsrail Makkabisinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən