“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu

 04:41 15.10.2020     256

Kriştianu Ronaldudan sonra “Yuventus” klubunun daha bir futbolçusu - Ueston Makkenni koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 10 gün karantində olacaq, oktyabrın 20-də Çempionlar Liqasında Kiyev “Dinamo”suna qarşı oyunda iştirak edə bilməyəcək.

Xatırladaq ki, ABŞ millisinin oyunçusu U.Makkeni müqavilə ilə Almaniyanın “Şalke” klubuna məxsusdur.

Vumart və Güvən reklamı Vumart Güvən