Messi az qol vurmasının səbəbini AÇIQLAYIB

 12:38 16.10.2020     319

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi son vaxtlar az qol vurmasına aydınlıq gətirib.

Redaktor.az-ın məlumatına görə, argentinalı ulduz futbolçu oyun stilində dəyişiklik etdiyini söyləyib.

33 yaşlı ön xətt oyunçusu komandanın qol vurmasına geridən töhfə verməyə çalışdığını deyib: “Artıq az qol vurmağa diqqət yetirirəm. Komandamın işinə, qələbəsinə mümkün qədər çox töhfə verməyə çalışıram. Geridən oynamağım da buna hesablanıb”.

Qeyd edək ki, Messi cari mövsüm La Liqada keçirdiyi 3 oyunda 1 qola imza atıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən