“Vaxt öldürmək üçün günəş vannası qəbul edirəm” - Kriştianu Ronaldu

 22:28 16.10.2020     392

Koronavirusa yoluxan “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu COVID-19-un bütün protokol qaydalarına riayət etdiyini bildirib.

Redaktor.az bildirir ki, tanınmış italiyalı immunoloq Antonella Viola futbolçunu karantin qaydalarına riayət etmədiyinə görə tənqid etmişdi.

“Ailəm evin başqa mərtəbəsindədir, biz bir-birimizlə əlaqə qura bilmərik. Daim evdəyəm və vaxt öldürmək üçün günəş vannası qəbul edirəm. Mən protokola riayət edirəm, onu pozmamışam. Barəmdə deyilənlər yalandır. Mən İtaliyaya təcili tibbi yardım avtomobilində gəlmişəm, hətta Turində belə heç kimlə təmasım olmayıb”, - deyə K.Ronaldunun açıqlamasını “Football Italia” nəşri dərc edib.

Vumart və Güvən reklamı Vumart Güvən