Hollandiya klubunun 9 üzvündə koronavirus aşkarlandı

 09:20 17.10.2020     371

Hollandiyanın "AZAlkamar" komandasında 9 nəfərin koronavirus testi müsbət nəticə verib.

Redaktor.az-ın məlumatına görə, yoluxanlardan 4-ü əsas, 2-si gənclərdən ibarət komandanın oyunçuları, 3-ü isə klub əməkdaşlarıdır. Onların hamısı təcrid olunub.

4 turdan sonra "AZAlkamar" Hollandiya Erediviziyasında 13-cü yerdə gedir. Avropa Liqasında isə Alkmaar təmsilçisi Xorvatiyanın "Riyeka", İtaliyanın "Napoli" və İspaniyanın "Real Sosyedad" komandaları ilə eyni qrupda yer alıb. //Report

Vumart və Güvən reklamı Vumart Güvən