Robinyo ilə müqavilə bir həftə çəkdi...
Braziliyanın "Santos" klubu futbolçu Robinyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Redaktor.az-ın məlumatına görə, bu addım 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməsi üçün atılıb.
Onunla müqavilə oktyabrın 10-da imzalanıb. Lakin bundan dərhal sonra əvvəlcə azarkeşlər, daha sonra sponsorlar məhkəmə məsələsinə görə narazılıqlarını dilə gətiriblər.
Qeyd edək ki, Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham olunur. 2017-ci ildə Milan məhkəməsi futbolçunu 9 il müddətinə həbs cəzasına məhkum etsə də, futbolçunun şikayətinə baxıldığı üçün iş hələ açıq olaraq qalır. //Report












