Türkiyə klubunun prezidentinə hücum olub

 16:12 19.10.2020     326

Türkiyənin "Kayserispor" klubunun prezidenti Berna Gözbaşı hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, hadisə Superliqada V turun "Sivasspor"la ev oyununda gerçəkləşib.

"Skybox"da Berna Gözbaşının qızı və digər ailə üzvləri olub. Hadisə nəticəsində klub prezidentinin qardaşı Ozan Gözbaşının burnu qırılıb, qızı isə bayılıb. "Kayserispor" klubu məlum hadisəni qınayıb və bildirib ki, həmin şəxslər bu komandanın azarkeşi ola bilməz.

Qeyd edək ki, qarşılaşma "Kayserispor"un 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sivasspor" "Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən biridir. Ağdam təmsilçisi bu komanda ilə ilk oyununu noyabrın 5-də səfərdə, təkrar qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək. //Report

Vumart və Güvən reklamı Vumart Güvən