Düşməndən daha bir YALAN
“Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanını üzə çıxarıb.
Redaktor.az bildirir ki, “Twitter”-də Türkiyə millisinin keçmiş oyunçusu Umut Bulutun adına açılıb və rəsmi səhifəsi kimi təqdim olunan profildə tamamilə saxta bir post paylaşılıb. Bununla yanaşı, “rəsmi” səhifədə heç oyunçunun hazırkı komandası belə düzgün qeyd olunmayıb.
Hazırda "Yeni Malatyaspor" komandasında çıxış edən Umut Bulut, niyəsə öz “rəsmi” səhifəsində keçmiş klubu Galatasarayı hazırkı komandası kimi qeyd edib.












