Azərbaycan çempionunun avrokubokdakı rəqibi bəlli olub

 15:10 20.10.2020     299

Qadın həndbolçular arasında Avropa kubokunun 3-cü raundunun püşkü atılıb.

Redaktor.az-ın məlumatına görə, Avstriyanın paytaxtı Vyanadakı tədbirdə Azərbaycan çempionu “Azəryol”un avrokuboklardakı ilk rəqibi bəlli olub.

Əvvəlki mərhələdən azad olan Bakı klubu 1/16 finaldan yarışa qatılacaq. Təmsilçimiz Serbiyanın “Niş” klubu ilə üz-üzə gələcək.

Bu mərhələnin ilk görüşləri noyabrın 14-15-də, cavab matçları 21-22-də təşkil olunacaq. “Azəryol” ilk qarşılaşmanı səfərdə keçirməlidir. Lakin tərəflərin qarşılıqlı razılaşma ilə hər iki oyunu eyni şəhərdə keçirməsi də istisna deyil. //Apasport

Vumart və Güvən reklamı Vumart Güvən