Millimizin futbolçusu ƏN YAXŞI oyunçu seçildi

 18:58 20.10.2020     426

Futbol üzrə Azərbaycan millisinin və ABŞ-ın “Finiks Rayzinq” klubunun hücumçusu Rüfət Dadaşov USL-in dörddəbir finalında “Reno” ilə qaşrılaşmanın (2:2, penaltilər - 5:4) ən yaxşı oyunçusu seçilib.

Redaktor.az xəbər verir ki, forvard həmin matçda fəallığı ilə seçilib. O, oyunsonrası penaltilər seriyasında sonuncu zərbəni dəqiq yerinə yetirərək, komandasını növbəti mərhələyə yüksəldib.

Xatırladaq ki, “Finiks Rayzinq” yarımfinalda “El-Paso” ilə qarşılşacaq. Matç oktyabrın 25-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən