“Sevincimin həddi-hüdudu yoxdur” - Şəhriyar Məmmədyarov
“Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur”.
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan şahmat millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov öz feysbuk hesabında etdiyi paylaşımda yazıb.
Zəngilanda dünyaya gələn şahmatçı öz sevincini bölüşüb: “Təşəkkür edirik Ali Baş Komandanımıza, təşəkkür edirik Azərbaycan əsgərinə! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”.












