Fransa millisinin sabiq qapıçısı vəfat edib

 07:07 21.10.2020     349

Futbol üzrə Fransa milli komandasının sabiq qapıçısı Bruno Martini 58 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Monpelye” klubunun mətbuat xidməti məlumat yayıb.

B.Martini ürək tutması səbəbi ilə 12 oktyabrda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B. Martini 1987-1996-cı illərdə Fransa millisinin əsas qapıçılarından biri olub.

O, Fransa millisinin heyətində AVRO-1996-nın bürünc mükafatçısı olub.

Vumart və Güvən reklamı Vumart Güvən