"Real Madrid" evdə uduzdu - "Lokomotiv" səfərdə heç-heçə etdi

 23:26 21.10.2020     310

UEFA Çempionlar Liqasında ilk turun növbəti iki oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, "Real Madrid" komandası İspaniyada Ukrayna "Şaxtyor"u ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Hələ ilk hissədə qapısında 3 qol görən "kral klubu" fasilədən sonra bunların 2-nin əvəzini çıxmağı bacarıb.

Rusiya "Lokomotiv"i isə Avstriyada "Zaltsburq"la matçda 2:2 hesablı heç-heçəyə nail olub.

 

Vumart və Güvən reklamı Vumart Güvən