“Makkabi” – “Qarabağ” oyununun favoriti açıqlanıb

 11:08 22.10.2020     344

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Makkabi” (Təl-Əviv, İsrail) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb. 

Redaktor.az-ın məlumatına görə, bukmeker kontorları öz meydanında oynayacaq İsrail təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Təl-Əvivdəki “Blumfeld” stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 3,80, məğlubiyyəti 2,17 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,40 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. //APA

Vumart və Güvən reklamı Vumart Güvən