Kriştianu Ronaldo “Barselona” ilə oyunu buraxacaq

 16:26 22.10.2020     324

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun koronavirus testi növbəti dəfə pozitiv çıxıb.

Redaktor.az-ın məlumatına görə, Portuqaliya millisinin üzvü karantində qalmağa davam edəcək.

Bu isə onun Turin klubunun daha bir neçə oyununu buraxacağı anlamına gəlir. 35 yaşlı ulduz futbolçu Çempionlar Liqasının II turunda İspaniya təmsilçisi “Barselona” ilə keçiriləcək matçı da buraxacaq.

Qeyd edək ki, “Yuventus” – “Barselona” oyunu oktyabrın 28-də Turində keçiriləcək. //Apasport

Vumart və Güvən reklamı Vumart Güvən