"Qarabağ" - "Vilyarreal" oyununun yeri müəyyənləşdi - RƏSMİ
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" oyununun yeri müəyyənləşib.
Redaktor.az xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib.
Klub rəsmisi görüşün Türkiyədə olacağını bildirib. Oyun oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.
Klub rəsmisi qeyd edib ki, UEFA hələlik bu oyunla bağlı qərar verib. "Qarabağ"ın digər iki ev oyunu ilə bağlı qərarlar isə daha sonra açıqlanacaq. //Open.az












