FİFA prezidenti: Dünya çempionatı keçiriləcək

 06:23 23.10.2020     310

“Bizim ehtiyat planımız yoxdur”.
 
Redaktor.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.
 
O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib. Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib: “Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.
 
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. //APA

Vumart və Güvən reklamı Vumart Güvən