Millimizin rəqibləri nə vaxt bilinəcək? - DÇ-2022
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma tarixi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, tədbir dekabrın 7-də keçiriləcək. Koronavirus pandemiyasına görə püşkatma onlayn olacaq.
Azərbaycan millisi də daxil olmaqla, Avropanın 55 yığması püşkatmada 10 qrupa bölünəcək. Bunların beşində 6, beşində 5 komanda olacaq.
Qeyd edək ki, DŞ-2022-nin seçmə mərhələsi 2021-ci ildə keçiriləcək. //Open.az












