Azərbaycan yığması Polşaya məğlub oldu
Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Redaktorr.az məlumat verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda səfərdə Polşa ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu nəticədən sonra Polşa D qrupunda 11 xalla birinci pillədə qərarlaşıb. Sonuncu - beşinci sıradakı Azərbaycan millisinin isə xalı yoxdur. //Report