Medal qazanıb əsgər salamı verdi - VİDEO

 23:36 23.10.2020     294

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

Redaktor.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Niderland, Gürcüstan və Monqolustan təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə rusiyalı Yakub Şamilova uduzan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan nümayəndəsi Sardor Nurillayevi məğlub edib.

Beləliklə Orxan Səfərov Macarıstan yarışını bürünc medalla başa vurub. Orxan qələbə qazandıqdan sonra əsgər salamı verib.

Qeyd edək ki, bu gün Budapeştdə Kəramət Hüseynov, Davud Məmmədsoy, Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva və Nicat Şıxəlizadə tatami üzərinə çıxıblar. Cüdoçularımızdan ən yaxşı nəticəni 7-ci yeri tutan Gültac Məmmədəliyeva(52 kq) göstərib. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.