Millimizin futbolçusunun səhhətində problem yaranıb

 15:16 26.10.2020     313

Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarovun II Bundesliqanın V turunun "Bohum"la səfər oyununda meydana çıxmamasının səbəbi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi səhhətində yaranmış problemə görə sözügedən qarşılaşmanı buraxmalı olub.

Təcrübəli oyunçunun sıraya nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, son turda "Bohum"a 0:2 hesabı ilə uduzan Aue təmsilçisi 7 xalla 6-cı pillədə qərarlaşıb. //Report

Vumart və Güvən reklamı Vumart Güvən