"Vilyarreal" "Qarabağ"la oyuna uğursuz seriya ilə çıxacaq

 18:44 26.10.2020     349

UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq İspaniya "Vilyarreal"ı bu mövsüm səfərdə qələbə qazana bilməyib.

Redaktor.az-ın məlumatına görə, Unay Emerinin baş məşqçi olduğu komanda La Liqada rəqib meydanında keçirdiyi iki görüşdə qolsuz heç-heçə edib, birində isə uduzub.

Sonuncu - 7-ci turda "Kadis"lə bərabərə qalan "Vilyarreal" daha əvvəl "Atletiko" ilə oyunda bir xala razılaşıb və Kataloniyada "Barselona"ya 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir. //Report

Vumart və Güvən reklamı Vumart Güvən