Dieqo Maradona karantinə alındı

 00:14 28.10.2020     303

"Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradona karantinə alınıb.

Redaktor.az xəbər verir ki, buna 60 yaşlı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub.

Əfsanəvi futbolçu cümə axşamı koronavirus testindən keçəcək. Testin nəticəsi mənfi olacağı təqdirdə o, cümə günü "Patronato" ilə matçda komandasına rəhbərlik edə biləcək.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub. //Open.az

Vumart və Güvən reklamı Vumart Güvən