"Liverpul" tarixinin 10 mininci qolunu vurub
İngiltərənin "Liverpul" futbol klubu ötən UEFA Çempionlar Liqasının qrup mərəhələsi çərçivəsində Danimarkanın "Midtyuland" klubu ilə qarşılaşmada tarixinin 10 mininci qolunu vurub.
Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə futbol klubunun rəsmi "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, klubun tarixinin 10 mininci qolunun müəllifi portuqaliyalı futbolçu Dioqu Jota olub. Bildirilir ki, 10 mininci qol klubun 5753-cü oyununda vurulub.
Qeyd edək ki, ötən gün keçirilən oyunda "Liverpul" rıqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qrup mərhələsinin növbəti oyununda "Liverpul" İtaliyanın "Atalanta" klubunun qonağı olacaq. //Trend












