"Neftçi"nin legioneri ilk dəfə milliyə çağırıldı

 09:08 28.10.2020     289

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, milliyə dəvət alan 22 futbolçu arasında "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane də var.

2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.

Qeyd edək ki, Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən