"Neftçi"nin futbolçusu koronavirusdan sağaldı
"Neftçi" klubun futbolçusu Prins İbara növbəti dəfə koronavirus testindən keçib.
Redaktor.az xəbər verir ki, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Report-a verdiyi məlumata görə, 24 yaşlı hücumçunun testi mənfi olub.
Klub rəsmisi konqolu oyunçunun tezliklə Bakıya qayıdacağını vurğulayıb.
Qeyd edək ki, Prins İbara Konqo millisinin düşərgəsində koronavirusa yoluxmuşdu.












