"Sivasspor" növbəti məğlubiyyətlə üzləşib - 6 qrupda 12 görüş

 01:01 30.10.2020     295

UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib. 

Redaktor.az-ın məlumatına görə, ilk olaraq, 6 qrupda 12 görüş keçirilib.

"Qarabağ"ın yer aldığı I qrupunda "Sivasspor" Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 55-ci dəqiqədə meydan sahiblərindən Olarenvaju Kayode açıb. Lakin 65-ci dəqiqədə Samba Kamara penaltiyə səbəb olub və komandasını azlıqda qoyub. Dan Biton isə penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. Son nöqtəni isə 75-ci dəqiqədə Dor Perets qoyub.

Qrupun digər oyununda "Qarabağ" İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra "Vilyarreal" və "Makkabi" hərəyə 6 xalla liderliyini davam etdirib. Xalsız "Sivasspor" və "Qarabağ" isə 3-4-cü yerləri bölüşür. //Report

Vumart və Güvən reklamı Vumart Güvən