"Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb

 04:12 31.10.2020     342

"Formula-1" iştirakçıları və işçiləri növbəti dəfə yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.

Redaktor.az-ın verdiyi məlumata görə, testlərin nəticələrinə əsasən daha 9 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.

Bildirilir ki, koronavirus testləri oktyabrın 23-dən 29-dək keçirilib. Testlərdən 4 281 nəfər keçib.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi oktyabrın 31-dən noyabrın 1-dək İtlaiyanın İmola şəhərində keçiriləcək. //Open.az

Vumart və Güvən reklamı Vumart Güvən